UEFA Konfrans Liqasının qalibi məlum oldu

İdman

UEFA Konfrans Liqasının qalibi müəyyənləşib. 

Final görüşündə “Olimpiakos”la (Yunanıstan) “Fiorentina” (İtaliya) qarşılaşıb.

Portuqaliyalı hakimlərin idarə etdiyi matç Afinada keçirilib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtın 26-ci dəqiqəsində “Olimpiakos”un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna qələbə qazandırıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir