“Anjelika” VƏFAT ETDİ – VİDEO

Cəmiyyət

Sovet teatr və kino aktrisası Aqniya Yelekoyeva 95 yaşında vəfat edib.

MUASİRMEDİA.AZ xəbər verir ki, bu barədə ”kino-teatr.ru” portalı məlumat yayıb.

Sənətçinin ölüm səbəbi barədə məlumat verilməyib. 

Qeyd edək ki, Aqniya Yelikoyeva Azərbaycan tamaşaçılarına “Uzaq sahillərdə” filmindən “Anjelika” obrazı ilə tanışdır. “Uzaq sahillərdə” Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib.

Aqniya ilk dəfə 1953-cü ildə “Moskvada bahar” filmində rol alıb. O, həmçinin “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet”, “Adam axtarıram”, “Məktəb direktorunun gündəliyi”, “Tarantula” kimi ekran işlərinə çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir