“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” – SENSASİON AÇIQLAMA

Siyasət

Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.

MM.AZTeleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza – noyabra qədər imzalamaq istəyir”, – ekspert qeyd edib.

Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir