SALYAN RAYONUNUN ŞORSULU KƏNDİNDƏ REGIONLARIN SOSİAL İQTİSADİ İNKİŞAF PROQRAMI MƏRHƏLƏLİ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLİR-FOTOLAR

Cəmiyyət

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır.
Respublikada yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər böyük sürətlə davam etdirilir. Bu gün,həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr həyata keçirilir. Respublikamızın paytaxtında, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsində yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir. O,cümlədən bizim Salyan rayonunun Şorsulu kəndində də yolların əsaslı təmirinə iki ildən artıq bir vaxtdır ki, başlanılıb. Bu günə kimi 18 km dən artıq kənd arası yollara asvalt basılmışdır. Növbəti illər ərzində regionların sosial iqtisadi inkişafı proqramına əsasən qalmaqda olan yolların yenidən qurulması nəzərdə tutulmuşdur.Şorsulu kəndində qalan yolların əsaslı təmiri üçün gələn il 15 km asvalt yolun salınması nəzərdə tutulur. Məndə Rəhbəri olduğum Şorsulu kəndinin əhalisi adından başda Möhtərəm Prezidentimizə, AAY Asc nin rəhbəri və kollektivinə öz dərin təşəkkürümü
bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir