Yanğın hadisəsi Sabirabad rayonunun Xankeçən kəndində qeydə alınıb. Kənd sakini, Hacıyeva Fəranəyə məxsus fərdi yaşayış evinin 30 kvadratmetrlik tövlədə baş verən yanğın zamanı 500 ədəd ot kipi yanıb. Tövlədə olan 2 baş inək də yanaraq tələf olub. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa tikilulərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Sabirabad