SON DƏQİQƏ! Güclü yanğın başladı

Hadisə

Şəkidə məktəb binasında yanğın başlayıb.

 

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, iyunun 19-u axşam saat 23 radələrində rayonun Turan qəsəbəsində yerləşən tam orta məktəbin istifadəyə yararsız, bir müddətdir tədris keçilməyən ikimərtəbəli korpusunda yanğın baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyəti cəlb olunub.

 

Hazırda yanğın məhdudlaşdırılıb, məktəb korpusunun tam söndürülməsi istiqamətində işlər aparılır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir