TƏCİLİ! DİN açıqlama yaydı: Həmin şəxs tutuldu

Kriminal

Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs – əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.

Xatırladaq ki, İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir