Bugün (22 zil-hiccə) Meysəm Təmmarın (r.a) şəhadət günüdür

DIN

• Meysəm bazarda xurma satan kişi idi. (Elə buna görə də ləqəbi “təmmar” (“xurmaçı”) idi.) Möminlərin əmiri Əlinin (s) xüsusi səhabələrindən idi. (Hər adama nəsib olmur dövrünün imamının – həm də Əli (s) kimi bir şəxsiyyətin yanında bu cür məqam sahibi olmaq.)

• Əliyə (s) olan sevgisinə görə xurma ağacından asılmışdı.

• Meysəm (r.a) kimi aşiqə qabaqcadan bildirilmişdi aqibəti. İmam Əli (s) təfərrüatı ilə demişdi deyilməli olanı. Sevə-sevə razı olmuşdu. Şəhadət onun üçün toy-bayram idi.

• Bugün Yer üzündə birbaşa və ya dolayı yolla Əliyə (s) olan sevgilərinə görə incidilən, şərlənən, həbs edilən möminlərin içində xurma satan, çörək satan, xırda-para ticarətlə ailəsini dolandırmağa çalışan zəhmətkeş möminlər də var. Var, olub, olacaq da …

• Amma, zalımlar heç vaxt məqsədlərinə nail olmayıblar, olmurlar, olmayacaqlar da …

• Allah zalımlara lənət eləsin!

MUASIRMEDIA.AZ
GÜLƏR  AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir