Əbdürrəhman Vəzirov sənət adamlarını niyə qəbul etmirdi?

Siyasət

“Vəzirov sənət adamını qəbul etmirdi. Soruşmuşdular, niyə belə edirsən? Ay incəsənət məhv olur, ay ədəbiyyat dağılır, ay mədəniyyət yerə batıb. Belə olmaz, onlar ölkənin qaymaqlarıdır, qəbul etməlisiniz. Bu da dillənmirdi. O vaxt da hələ Sovet ulduzlarının 90 faizi sağ idi.

Bir gün boğaza yığdılar, açdı sandığı.

Dedi, siz bilmirsiniz. Əgər onların biri mənim yanıma incəsənət, mədəniyyətin problemləri üçün gəlirsə, lənət olsun mənə. Hamısı ya uşağına iş, universitet məsələsi, ya qohum-əqrəbasından pul alıb, əlimlə vəzifəyə qoydurmaq istəyir. Bir deyillər, iki deyillər, hansının uşağına vəzifə çatdırım?”

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir