Bu gün YAP-dan olan Namizədlər açıqlanacaq

Siyasət

YAP rəhbərliyi qərargaha yığışır: Namizədlər az sonra açıqlanacaq

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.

Partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.

Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.

İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.

Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.

MUASİRMEDİA.AZ

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir