Bakıda bağ evində dəhşətli olay: Qaynatanı öldürdülər

Kriminal

Qonşusu ilə görüşən gəlinin xəyanətinin qurbanı qayınata olub. 

Cavad Cavadov (şərti ad və soyad) həyat yoldaşının ölümündən sonra şəhərdəki evini satıb, Bakıətrafı qəsəbələrdən birində bağ evi alıb. Oğlu ailə qurduqdan bir müddət sonra Rusiyaya işləməyə getdiyi üçün orada gəlininin yanında qalıb. Qonşular Cavadı ailəcanlı, əxlaqlı və sakit insan kimi təsvir ediblər.

Aslan işdə olduğu müddətdə onda belə şübhələr yaranmışdı ki, qonşusu  Aslan evlərinə heç də xoş niyyətlə gəlmir. Amma onlar ailəvi dost olduğu üçün Aslan bu evə tez-tez gəlib-gedirdi.

Nailə ilə Aslan dəniz sahilində görüşürlər. Hər ikisi xoşbəxtlikdən uçur, sanki heç bir pis iş görmədiklərini düşünürlər.

Onlar dənizkənarında olarkən   Aslan Nailəyə   həyat yoldaşını unutmasını, onunla boşanmasını, birlikdə yaşamalarını söyləyir. Nailə isə bildirir ki, buna qayınatası razı olmayacaq. Bu zaman Aslan bir az düşünərək Cavadla bağlı başqa planının olduğunu deyir.

Nailə həmin gün evə Cavaddan daha tez gəlir, paltarını dəyişir və heç nə olmamış kimi davranır. Cavad isə sanki nəsə hiss edirmiş kimi onu kənardan izləyir.

O, yataq otağına gedib Aslanla ilə telefonla danışır. Bu gün onun dediyi təklif barədə düşünəcəyini deyir.

Cavad həmin gecə yatmır və pis fikirləri ağlından qovmağa çalışır.

Növbəti gün Nailə  Aslan ilə görüşdən qayıdanda Cavadın evə tez gəldiyini görür. Aslan gəlni Nailəni saxlayıb ona sözü olduğunu deyir.

Nailənin haradan gəldiyini soruşanda o özünü itirmədən qonşu ilə söhbət etdiyini bildirir. Cavad onun üstünə qışqıraraq, “Mən namuslu adamam, namusuma xələl gəlməsinə yol vermərəm, bir də məndən icazəsiz heç kimlə danışma” deyir.

Daha sonra fikrini dağıtmaq üçün qəsəbədə gəzintiyə çıxır. Bu vaxt Aslan fürsətdən istifadə edərək onun evinə gəlir və Nailə ilə söhbət edir.

Bu zaman Cavad evə daxil olur, gəlini Nailəni ilə qonşusu Aslanla normaldan daha yaxın görür.

Bu vaxt onların arasında mübahisə yaranır. Cavad Aslanı itələyir, Aslan  isə həyətdə olan küt alətlə Cavada ard-arda həm baş, həm də bədən nahiyəsindən xəsarətlər yetirir.

Aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən  Cavad elə yerindəcə həyatını itirir.

Aslan  Kərimova (şərti ad və soyad) isə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir