Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.
MM.AZ bildirir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib.
Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
“Xalq artisti Ağadadaş Ağayevin törətdiyi hadisədə xuliqanlıq cinayətinin əlamətləri olduğu ehtimal olunur.
Baş verən hadisə zamanı ictimai qayda kobudcasına pozulub. Xuliqanlıq dedikdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan qərəzli hərəkətlər başa düşülür. Lakin burada silah və ya silah qismində istifadə olunan alətdən istifadə olunduğuna görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham oluna bilər. Çünki burada zorakılıq hərəkətlərinin əlamətləri var.
Vəkil qeyd edib ki, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər:
“Xalq artisti Ağadadaş Ağayev ilkin əlamət kimi ictimai qaydanı pozmaq və əlində balta ilə zorakı hərəkətlər edilməsi ilə ittiham olunur. Buna görə də xalq artistinin əgər günahı sübuta yetirilsə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”.
MUASİRMEDİA.AZ