Ucarda 31 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.
Daxili İşlər Nairliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, bu gün saat 15 radələrində Ucar rayonu, Qazyan kənd sakini Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 45 yaşlı Kamil Qarayev saxlanılıb.
MUASİRMEDA.AZ