Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

Səhiyyə

Koronavirus epidemiyasından tamamilə sağaldığımızı düşünsək də yeni epidemiya təhlükəsi ilə bağlı həyəcan təbili çalmağa başlayıb.
MM.AZ lent.az-a istinadən bildirir ki, koronavirusun yeni variantı olan FLiRT-ə yoluxma hallarında kəskin artım müşahidə olunur.

ABŞ və Avropanın bəzi yerlərində FLiRT variantlarının sürətlə yayılması narahatlıq doğurub.

May ayından etibarən dünyanın bir çox yerində artan FLiRT variantları ilə bağlı müraciət edən xəstələrin ən çox diqqət çəkən şikayətləri uzun müddətli öskürək və qızdırmadır.

ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, bu yay koronavirus şikayətləri ilə xəstəxanalara müraciət edənlərin əksəriyyətində FLiRT variantı aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir