2002 – ci ildən II qrup əlilliyi olan Eldar Rüstəmov iş qabliyyətimi itirməklə yanaşı artıq 4 – 5 aydır ki, nitqində də qüsurlar yaranb, çətinliklə danışır. Həyat yoldaşı Xatirə Rüstəmova deyir ki, əri Eldar Rüstəmovda beyin – qan dövranı pozulmaqla yanaşı o, bir neçə xəstəlikdən əziyyət çəkir. II qrup kimi aldığı üç yüz altımış dörd (364) manat təqaüd isə onun nə dərmanlarına, nədə ki, digər xərclərinə çatır. Xatirə Rüstəmova deyir ki, mən həyat yoldaşımı bu vəziyyətdə nə xəstəxanaya nə də ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində təşkil olunan komissiyaya apara bilmirəm. İstəyimiz budur ki, xəstəyə komissiya tərəfindən yerində əyani baxış keçirilsin və onun əlillik dərəcəsi qiymətləndirilsin. Məsələ ilə bağlı sorğumuza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinən bildirdilər ki, Salyan rayon sakini, 1959-cu il təvəllüdlü Rüstəmov Eldar Xalıq oğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişində ekspertiza üçün önəmli məlumatlar ətraflı qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb.Ona görə də bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən Eldar Xaliqovun əyani müayinəsi aparılacaq və nəticəsinə uyğun müvafiq qərar veriləcək.
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan