İmişli rayonu, Aranlı kənd 1 saylı orta məktəbin müəllimi Leyla Nəcəfquliyevanın işdən çıxarılmasını, Təhsil Nazirliyinin cəmiyyətə meydan oxuması, ictimai fikrə saymamazlıq, hörmətsizlik kimi qiymətləndirirəm. Hadisənin özü isə hakimiyyətin mahiyyətini ortaya qoyur.
Məlum olduğu kimi müəllimə müstəqil fikir sahibi kimi, məktəbdə mövcud çatışmamazlıqları “açıq tənqid etməyə cürət etməsi” ilə gündəmə gəlmiş və bununla bağlı rayon hakimiyyət orqanlarının qəzzəbinə tuş gəlmişdi. Onun seçkilər zamanı öz namizədliyini irəli sürməsi, həmçinin rayon rəhbərliyini özündən çixarmışdı. Nəhayət, sentyabr ayının 16-da, ilk dərs günü Leyla Nəcəfquliyeva işlədiyi, yenicə tikilmiş məktəbin açılışinin yubadılması, təmir və tikinti işlərinin tam başa çatdırılmamasına etiraz əlaməti olaraq, şagirdlərinə məktəbin önündə, asfalt döşəmə üzərinə salınmış xalçalar üzərində dərs keçməsi və bununla bağlı kəndin isra nümayəndəsi ilə aralarında baş vermiş münaqişənin sosial şəbəkələrdə yayılması, bu münasibətlərə yekun nöqtə qoydu. O qərəzli şəkildə işdən çıxarıldı.
Mən hər kəsi müəllimə işə bərpa olunana qədər, onu ardıcıl müdafiə etməyə çağırıram.
Leyla müəllimə işinə bərpa olunmalıdır !
MUASİRMEDİA.AZ