Onun 7 yaşı olmasına baxmayaraq hər kəsi heyrətləndirəcək istedada malikdir.
Söhbət Sevgi Seyfullayevadan gedir. 2017 – ci ilin may ayının 4 – də Seyfullayevlər ailəsinə sevgi gətirən körpəyə Sevgi adı qoyuldu. Bu balaca qızcığaz böyüdükcə ailə üzvüləri ilə yanaşı onu tanıyanların sevimlisi olaraq Sevgi adını doğrultdu. Sevgi Seyfullayeva böyüdükcə onun arzularıda böyüdü. EİNSTEİN SHHOOL – da təhsil almaqla yanaşı milli rəqs və gimnastika dərsləri alır. Gimnastikanın bütün incəliklərini dərindən öyrənən Sevgi sanki hər kəsə meydan oxuyurdu. Boş vaxtlarını dəyərləndirən Sevgi dərsləri ilə yanaşı özünü model kimi sınayır və bir çox tanınmış modellərlə yanaşı yürümək ona nəsib olur. Valideyinləri övladındakı potensialı gördükdə onu moda kurslarına yazdırırlar. Yaşının az olmasına baxmayaraq qazandığı uğurlar Sevgini daha da ruhlandırır və beləcə bir çoxlarının diqqətini çəkir. 2022 – ci ildə Medol yarışmasında Fəxriyyə Xələfova tərəfindən I yerə laiq görülür, ardınca 2023 – cü ildə Gimnastika üzrə II yerə laiq görülüb. Türk və ingilis dilini bilən sevgi Seyfullayeva eyni zamanda oxçuluq, atçılıq, üzgüçülük və sair idman növləri ilə də məşğul olur və çox sayda sertifikatlara, diplomlara laiq görülür. O, hazırladığı videoçarxlarla sosial mediada da əsl fenomenə çevrilir. Tanınmış türk aktiyor Erhan Ufakın Azərbaycanda yaratdığı Türk Sanat Akademiyasının diplomunu alan Sevgi Ukrayna kinomatoqrafçılarının çəkdiyi filmdə də rol alıb. Sevgi Seyfullayeva vətənpərvər mövzuda bir çox kliplərə çəkilib, xeyriyyə konsertlərinə təmənnasız çıxışlar edib, telekanallarda ən reytinqli proqramlara dəvət alıb. Hətda reklam çəkilişləri üçün Türkiyəyə də dəvət alıb. Sevginin anası Günel Seyfullayeva deyir ki, “qızım 30 – dan çox Diplom, Sertifikat və Tərifnamələr alsa da onun istedadına biganəlik görürəm. Əgər qızım Sevgi qonşu Türkiyədə olsaydı daha böyük nailiyyətlər əldə edərdi. Amma istəyirik ki, Sevgi öz ölkəmizdə daha da irəli gedib xalqımıza, mədəniyyətimizə xidmət etsin”.
MUASIRMDA.AZ