10 il əmisi arvadı ilə eşq yaşadı: Qadını əmisinə qısqanıb…. – Bakıdakı olayın təfərrüatları

Kriminal

Bakıda əmisi arvadını öldürməkdə təqsirli bilinən Natiq İbrahimov (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Natiq İbrahimov paytaxtın Pirallahı rayonunda uşaq vaxtlarından birlikdə yaşadığı əmisi arvadı Yeganə ilə gizlin intim əlaqədə olub. Onların münasibəti 10 il davam edib.

Hadisədən bir neçə gün əvvəl Natiq İbrahimov Yeganə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Fərhad İbrahimov iki günlük uzunmüddətli görüşə gedəcəyi barədə xəbər alıb.

Bunu eşidən Natiq İbrahimov qısqanclıq hissi oyanıb. Yeganə həbsxanada ərinə qısqanan gənc məşuq uzun müddət tərgitdiyi spirtli içki içməyə başlayıb.

16 iyul 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən evə qayıdan Yeganə ilə mübahisə edib, daha sonra gecəni səhərəcən içki içib. Yeganə yaxın sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Giriş otağında Yeganə ilə yenidən mübahisə edib, otağın pəncərəsini əli ilə vuraraq sındırıb.

Onlar evin həyətindəki hamamda münaqişəni davam etdiriblər.

Natiq İbrahimov əmisi arvadına onu qadın kimi çox istədiyini, ərinin yanına gedərək uzunmüddətli görüşdə olmasını qısqandığını və bunu unutmaq üçün çoxlu spirtli içki qəbul etdiyini deyib. Bu sözlərə baxmayaraq, Yeganə onun sevgisinə laqeyd yanaşıb, həmçinin spirtli içki qəbul etməsinə iradını bildirib.

Bundan qəzəblənən Natiq İbrahimov arvadının baş nahiyəsinə yumruqla zərbə vurub, sonra onu itələyərək yerə yıxıb. Başı beton divarına dəyməsi nəticəsində qadın ölüb.

İstintaq orqanı tərəfindən Natiq İbrahimov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Natiq İbrahimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Natiq İbrahimov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Natiq İbrahimov qeyd edib ki, 9 yaşından əmisini evində, onun ailə üzvləri ilə yaşayıb. Balıqçılıqla məşğul olan gənc əlavə edib ki, hadisə baş verən günü spirtli içki qəbul edib. Bu səbəbdən əmisi arvadı ilə mübahisə edib, mübahisə zamanı onu itələyib, qadının başı yerə dəyərək ölüb.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar açıqlayıb. Natiq İbrahimov apelyasiya şikayəti təmin olunmayıb.

MUASİR.MEDİA .AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir