Yeni dueti müzakirələrə çevrildi – VİDEO

Şou-biznes

Aktyor və müğənni Murad İsmayılov sosial şəbəkə hesabından paylaşım edib.

O, yenicə ərsəyə gətirdiyi duetini izləyicilərinə təqdim edib. Muradın tərəf müqabili isə müğənni Çinarə Məlikzadə olub.

Sezen Aksunun repertuarından məşhur “Biliyorsun” mahnısına həyat verən ikilinin ifası maraqla qarşılanıb.

İzləyicilər paylaşımın şərh bölümünə çoxsaylı müsbət rəylər yazıblar.

Onların bəziləri “Elə Murada Çinarə yaraşır, evlənsinlər” kimi maraqlı şərhlər yazıblar.

Qeyd edək ki, Murad İsmayıl həmkarı olan Ülviyyə Xəlilbəyov ilə ayrılıblar. Onların bu evlilikdən iki oğul övladı var.

Sözügedən görüntünü təqdim edirik:

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir