Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib-FOTOLAR

Səhiyyə

MUASİRMEDİA.AZ xəbər verir ki,Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Salyan Rayonlararası Psisiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad olunması, 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən Ordumuzun gücünü bütün dünyaya göstərdiyindən danışıb. Həmçinin Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, tədbirdə xəstəxananın işçiləri ilə yanaşı qazilər, şəhid valideyinləri və Vətən Müharibəsi veteranları iştirak edib. Tədbirdə çıxış edən şəhid valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Zəfər Günün Mübarək Azərbaycan!

Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib






MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir