Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Bakıdadır

Siyasət

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda  Xarici İşlər Nazirliyinin İdarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir