Əziz dostlar, 105 il bundan əvvəl noyabr ayının 15-də Müsəlman Şərqində ilk dünyəvi ali məktəb olan Bakı Dövlət Universitetinin iki – Tibb və Tarix- Filologiya fakültələrində dərslərə başlanılmışdır. Bununla da ölkəmizdə dünyəvi ali təhsilin təməli qoyulmuşdur.Düşünürəm ki, hər ilin bu günü Azərbaycanda elm və təhsil işçilərinin bayram günü kimi qeyd olunmalıdır.
Fürsətdən istifadə edib 105 il ərzində universitetə rəhbərlik etmiş şəxsləri Sizə təqdim edirəm: Vasili Razumovski (1919-1920), İvan Şirokoqorov (1920-1921), Sergey Davidenkov (1921-1923), Aleksandr Qulyayev (1923-1926), Tağı Şahbazi (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Balabəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Abdulla Yusifov (1937), Hüseyn Quliyev (1937), Cəbrayıl Ələskərov (1937-1941), Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər Xəndan Hacıyev (1950-1954), Yusif Məmmədəliyev (1954-1958), Şəfayət Mehdiyev (1958-1965), Mehdi Əliyev (1965-1970), Faiq Bağırzadə (1970-1987), Yəhya Məmmədov (1987-1989), Cəmil Quliyev (1989-1990), Mirabbas Qasımov (1990-1992), Firudin Səməndərov (1992-1993), Murtuz Ələsgərov (1993-1996), Misir Mərdanov (1996-1998), Abel Məhərrəmov (1999-2018), Elçin Babayev (2019-cu ildən).

MİSİR MƏRDƏNOV