Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub – Zelenski

HƏRBİ

Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda açıqlayıb.

“Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.

Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.

O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir