Biləsuvar rayonunun Ağalıkənd kəndində sarsıdıcı hadisə baş verib

Hadisə

Kənd sakini, 1990-cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.
İlkin olaraq, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilsə də, daha sonra intihar ehtimalı üstünlük qazanıb. İntihar edəcəyini isə məhz mərhum özü yaxınlarına telefon vasitəsi ilə çatdırıb. Yaxınlarının verdiyi məlumata görə, mərhum son dövrlərdə ailə daxili münaqişələr səbəbindən ciddi psixoloji sarsıntılar keçirirmiş. Hadisədən əvvəl isə o, növbəti münaqişə sonrası spirtli içki qəbul edərək yaxınlarına zəng edib hamıdan halallıq istəyib.Mərhumun meyiti müvafiq ekspertiza üçün Biləsuvar rayon xəstəxanasına aparılıb. Hadisənin bütün təfərrüatları isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir