ABŞ , Böyük Britaniya , Fransa və Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının İranı nüvə proqramı ilə bağlı tənqid edən qətnaməsini alqışlayan birgə bəyanat yayıblar.
Britaniya hökumətinin saytında məlumat verilib .
Bəyanatda qeyd edildiyi kimi, qətnamə İranın bir çox məntəqələrdə aşkar edilmiş bəyan olunmamış nüvə materialı ilə bağlı həll olunmamış məsələlərin aydınlaşdırılması üçün MAQATE-yə məlumat verməməsinə cavabdır.
Bu məsələlər Agentliyin İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığına dair təminat vermək qabiliyyəti üçün çox vacibdir. Bəyanatda vurğulanır ki, Tehran , Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) Təminatlar Sazişinə əsasən, MAQATE ilə tam əməkdaşlıq etmək və bütün nüvə materialları və fəaliyyətlərini nəzərə almaq üçün qanuni öhdəlik daşıyır.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranın qətnaməsinə reaksiyadan narahatdırlar və ölkənin MAQATE ilə dialoq və əməkdaşlıq yoluna qayıtmasını gözləyirlər.
Bir gün əvvəl beynəlxalq agentliyin Rəhbərlər Şurası İranı nüvə məsələsində əməkdaşlığın olmamasına görə tənqid edən qətnamə qəbul edib . Tehranın MAQATE-dəki səfiri Möhsün Nazir Asl bunu “siyasi motivli” adlandırıb.
MUASİRMEDİA.AZ