ABŞ-ın başına 10 milyon dollar qoyduğu “Həyat Təhrir əl-Şam”ın lideri öldürülüb? – Rusiya MN “hə” deyir

Dünya

Suriyada Əsəd rejiminə qarşı qısa müddətdə böyük üstünlüyə sahiblənməklə, Hələb, İdlib və Həma şəhərlərini əkə keçirən müxalif  “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşmanın liderinin Rusiyanın hava hücumunda ilə öldürülməsi haqda xəbər yayılıb.

MM.AZ Rusiya mətbuatına istinadla xəbər verir ki, qruplaşma lideri Əhməd Hüseyn əl-Şar Hələb şəhərinə hücum zamanı bombalanmada öldürülüb.

Rusiya mətbuatı Rusiya Müdafiə Nazirliyinə istinadla yazır ki, nazirliyə məxsus hava qüvvələri Suriya ordusuna dəstək məqsədilə irəliləyən qruplaşma silahlılarına ağır zərbələr endirir: “Bu zərbələrdən biriylə qruplaşma lideri i Əhməd Hüseyn əl-Şar və onun yaxın ətrafını məhv edilib”.

Qruplaşma isə bu faktı təsdiq, nə təkzib edib.

Xatırladaq ki, kod adı “Əbu Məhəmməd əl-Culani” olan i Əhməd Hüseyn əl-Şar Suriyanın hazırda İsrailin işğalı altında olan Qolan Təpələrində doğulub. O, ABŞ tərəfindən “beynəlxalq terrorçu” kimi axtarışa verilib: “ABŞ onun başına 10 dollar pulu mükafat qoymuşdu…”

Onu da qeyd edək ki, HTŞ ABŞ, Rusiya, Türkiyə və digər dövlətlər tərəfindən terror qruplaşması elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir