Qubada ayı sakinlərə hücum etdi: Mal-qaranı parçaladı – FOTOlar

Cəmiyyət

Qubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.

MM.AZ qlobal.net-ə istinadən xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.

Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.

Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir