Vətən müharibəsi şəhidi Nicat Nağıyevin anım günü qeyd olunub. 7 dekabr 2024 – cü il tarixdə Vətən müharibəsi şəhidi Nicat İbrahim oğlu Nağıyevin şəhadətə yüksəlməsindən 4 il ötür. Bu münasibətlə şəhidin doğulduğu Salyan rayonun Qızılağac kəndində tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi qaziləri, Şəhid valideynləri və rayon ictimaiyyəti iştirak edib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlardan sonra məktəblilər Vətənpərvərlik mövzularında şeirlər səsləndiriblər. Daha sonra tədbir iştirakçıları Salyan rayon Qızılağac kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Nicat Nağıyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxunub. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Nicat Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərə qatılıb və 2020-ci il sentyabrın 30-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
MUASİRMEDİA.AZ
Yaqub Mehti oğlu
Yaqub Mehti oğlu