ABŞ prezidenti Bayden Suriyadakı proseslərlə bağlı sensasiyalı açıqlama berib.
O, Suriyadakı Əsəd rejiminin bir neçə günə süqut edəcəyinin proqnozunu verib.
Bu barədə Ağ Ev-dən “CNN International”a bildirib ki, Co Bayden administrasiyası Suriya müxalifətinin diqqətəlayiq hücumunu diqqətlə izləyir: “Bayden hesab edir ki, bir neçə gün ərzində Bəşər Əsəd rejimi süquta uğrayacaq”.
Xatırladaq ki, müxalif silahlı qruplar dünən axşama yaxın Dəməşqin cənub-qərbindən paytaxta giriblər: “Müxaliflər paytaxtın cənub-qərb çölündə Xan Şeyx, Katana, Kenaker, Zəkiyə, Saasa və Beyt Cin yaşayış məntəqələrini ələ keçirib, artıq paytaxtın bu istiqamətində döyüşlər şiddətlənib…”
MUASİRMEDİ.AZ