İmişlidə avtomobil ağaca çırpılıb, sürürücü xəsarət alıb İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası olub. hadisə ötən gün saat 17 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Quliyevin sükan arxasında olduğu “VAZ-2107” markalı avtomobil idarə etmədən çıxaraq ağaca çırpılıb. Xəsarət alan sürücü İmişli rayon Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.