“Dədə Qorqud” Milli Fondunun və Azərbaycan Dünyası beynəlxalq dərgisinin İdarə Heyətinin 15 Noyabr 2024 cü il tarixli qərarı ilə Babayev Miryusif Tofikoviç fondun təsis etdiyi “Qızıl Ürək” ordeni ilə təltif edilmişdir. Miryusif müəllim Dağıstanda yaşayan Azərbaycanın çox dəyərli nümayəndəsidir. Hamı Onu ürəyi Vətənin adını ucalarda görmək arzusu ilə döyünən, xeyriyyəçi mesenat, sayılıb seçilən şəxsiyyət, gözəl insan kimi tanıyır. Çox təəssüflər olsun ki, dekabr ayında hamımız üçün ağır itki üz verdi . Azərbaycan xalqının və Türk dünyasının çox dəyərli şəxsiyyəti, nəcib, qayğıkeş və sadəliyi ilə insanların qəlbinə hər zaman yol tapan insan Miryusif Tofikoviç haqq dünyasına qovuşdu. Onun təltif edildiyi “Qızıl Ürək” ordeni sahib olduğu qızıl ürəyinin layiq olduğu çox kiçik göstəricisidir. Təəssüflər olsun ki, bu Ordeni Miryusif müəllimin özünə təqdim etmək qismət olmadı.
MUASİRMEDİA.AZ