Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı nəqliyyat vasitələri hərəkətdə olarkən qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.
Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ