Hadisə rayonun H.Əliyev Seyrəngahında yerləşən Göl hotelində baş verib. Qəflətən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan yanğın digər otaqlara doğru genişlənib. Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunaraq alov lokallaşdırılıb. Ümumilikdə, hotelin 30 kvadratmetri yanaraq yararsız hala düşüb. Yanğının səbəbi araşdırılır. Qeyd edək ki, otel uzun müddətdir istifadəsiz idi.
MUASİRMEDİA.AZ