İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin işi tamamlanana qədər Yəmən husilərinin atəşə tutulacağını açıqlayıb.
Baş nazir əsas hədəfin İranın proksisi olan “Ənsar Allah” qruplaşmanın məhv edilməsi olduğunu bildirib. Netanyahu bundan öncə Tehranı təhdid edib və onun “terror qolları”nı kəsəcəyini deyib.
Təl-Əviv və Tehran münasibətlərində artan gərginlik növbəti ildə müharibə ilə nəticələnə bilərmi?
Politoloq Zaur Məmmədov deyib ki, İsrail ilə İran arasında müharibə çoxdan başlayıb və bu gün də davam edir:
“Təbii ki, söhbət klassik müharibədən getmir. Yəni hazırda İran, ya da İsrail ərazisində aktiv döyüşlər aparılmır. İki ölkə arasındakı münaqişə çərçivəsində proksi müharibə gedir. Bu isə daha dağıdıcı və yorucu müharibə metodudur. MUASİRMEDİA.AZ