Cəlilabadda kişi meyiti tapılıb.

Kriminal

Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin meyiti qonşuları tərəfindən yaşadığı ünvanda aşkarlanıb.
Onun 3 gün əvvəl öldüyü deyilir. Məlumata görə, A.Ağayev evdə tək yaşayırdı. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Faktla bağlı araşdırma.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir