Keçmiş SSRİ-nin ən cavan (31 yaşlı) qadın nazirlərindən biri, ermənilərin qənimi, Azərbaycan SSR məişət xidməti naziri Nəbibə Həsənova. 1932-ci ildə Bakıda anadan olub. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə Həsənova onların cavabını verib. Bir gündə 12 erməni direktoru işdən qovub. Onun erməniəsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən qovması yuxarılarda birmənalı qarşılanmayıb. Hətta sensasiya doğurub. Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1989-cu ildən fərdi dövlət təqaüddədir. Üç övladı, 5 nəvəsi və iki nəticəsi var.
MUASİRMEDİA.AZ