Aktyor Azər Baxşəliyev dəfn edildi – FOTO

Hadisə

Vəfat etmiş aktyor Azər Baxşəliyevin nəşi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.

Muasir.Media xəbər verir ki, dəfn mərasimindəmərhumun ailəsi, yaxınları, eləcə də sənət dostları iştirak edib.
Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.

MUASIRMEDIA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir