Pakistanda avtobusda terror: ölən və yaralananlar var

Kriminal

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində hərəkətdə olan sərnişin avtobusu partladılıb.

MUASİRMEDİA.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə ən azı 4 nəfər ölüb: “5-i ağır olmaqla 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar”.

Türkiyə Xarici İşlər Nazirliyi terror aktı ilə bağlı bəyanat yayaraq, hadisəni qətiyyətlə pisləyib: “Hadisədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Dost və qardaş Pakistana keçmiş olsun!”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir