Narin balama həsr olunan növbəti şeir istedadlı şair-qəzəlxan Xatirə Xatundan gəldi.
Təşəkkürlər, əziz dost.
NARİNİM
(Babasının dilindən)
Gül üstündə jalədi
Tər çiçəkdi Narinim
Saçları şəlalədi,
Dodağı gül ləçəyi,
Yanaqları lalədi,
Çiyələkdi Narinim
Xoş söhbəti, sözü var,
Ədası var, nazı var.
Mən demirəm, siz deyin-
Kimin belə qızı var?
Nağıldan qopub gələn
Bir mələkdi Narinim
Qış günündə doğulub,
Amma özü yay kimi.
Gülüşləri dağ çayı,
Təbəssümü ay kimi.
Bəxtimə, taleyimə
Tanrı verən pay kimi
Nə göyçəkdi Narinim !
Bütün hədəfləri aş,
Arxandayam dağ kimi.
Ayağin görməsin daş,
Arzuların çağlasın
Yaz çağı bulaq kimi.
Yaşın üstə gələn yaş
Bir əziz qonaq kimi,
Mübarəkdi, Narinim!

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN