Xalq yazıçısı Əzizə xanım Cəfərzadə və anası Böyükxanım ana

Mədəniyyət

Fotoşəkil ötən əsrin 50-ci illərində çəkilmişdir. Əzizə xanım ilk yaradıcılıq işlərindən biri olan “Anamın nağılları” kitabı görkəmli yazıçının anası Böyükxanım ananın dilindən eşitdiyi, yazıya aldığı nağıl və əfsanələrdən ibarətdir. Sevilən yazıçı bu kitabda ana-nənəsindən eşitdiyi bir – birindən maraqlı və zəngin nağıl və əfsanələri, hekayələri ədəbi-bədii lövhələrlə oxucuya çatdırıb. Sözügedən əsər Azərbaycan xalqının düşüncə tərzini, məişət səviyyəsini, o cümlədən onların dolanışığını, milli – mənəvi dəyərlərini olduğu kimi oxucuya çatdırmaq baxımından çox maraqlı və qiymətli əsərdir…

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir