MƏN SƏNƏ YAZIRAM ŞEİRLƏRİMİ
“Mən sənə yazıram şeirlərimi”
Sakit İLKİN
“Mən sənə yazmıram şeirlərimi”
Xatirə Xatun
Ürəyim bənzəyir kamana, neyə,
Sığmadı dərdləri bu yerə-göyə…
Eşqimiz ömürlük yaşasın deyə-
Mən sənə yazıram şeirlərimi.
Sevənlər dünyada görmədi nələr?
Aşiqin başına min bəla gələr…
Məndən inciməsin məni sevənlər-
Mən sənə yazıram şeirlərimi.
Adıma bir çələng toxumasan da,
Əkdiyim çiçəyi qoxumasan da,
Gülüm, oxsn da, oxumasan da-
Mən sənə yazıram şeirlərimi.
Qəlbimin tar kimi sızladı simi,
Anlada bilmədim sənə hissimi…
Uğursuz bir eşqin dastanı kimi-
Mən sənə yazıram şeirlərimi,
Mən sənə yazıram şeirlərimi.