Bakıda piyadanı öldürən vəzifəli şəxs imiş

Hadisə

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

Hadisə  H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib.

1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Belə ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir