Los Anceles şəhərinin mənzərəsi: 6 gündə nələr oldu?

Dünya

7 yanvarda başlayan meşə yanğınları ilə əlaqədar okeanın o üzündən üzücü xəbərlər gəlməkdədir.

Kaliforniya qubernatoru Gevin Nyusom dediyi kimi, Los-Ancelesi bürüyən meşə yanğınları ABŞ tarixində ən dəhşətli təbii fəlakətdir. Məsələn,  Los-Ancelesdəki  meşə yanğınları səbəbindən əvvəl 330 min insan təxliyə olunsa da, ötən gün daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib.
ABŞ mediasına rəsmilərdən sızan məlumatlara görə, vilayətin 37 min hektardan çox ərazisi külə dönüb. Qarşısıalınmaz yanğınlar səbəbi ilə ölənlərin sayında da artım var. 24 nəfərin öldüyü dəqiqdir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü də məlum olub

.MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir