Xalq şairi Zəlimxan Yaqubun məqalələri və müsahibələri yeni kitabda işıq üzü görüb

ƏDƏBİYYAT

 

Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyi ərəfəsində yeni kitabı işıq üzü görüb.

“Məqalələr. Müsahibələr” adlı kitabda şairin bundan əvvəl çap olunmuş kitablarında, xüsusilə də 2012-2013-cü illərdə nəşr olunmuş 13 cildlik külliyyatında yer almayan, ömrünün son illərində ayrı-ayrı görkəmli dövlət və ictimai xadimlər, elm və sənət adamları haqqında yazdığı məqalələri, müxtəlif kitablara yazdığı “Ön söz”lər və müsahibələri yer alıb.

Kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir