Los-Ancelesdə soyğunçular həps edilib

Dünya

Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxın şəxs həbs edilib.

Bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna deyib.

O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub.

Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar.

Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib.

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir