S E V G İ A H I.
Povest.
1 bölüm.
Fəsillərin bol-bərəkətlisi qızılı payız al şəfəqlərini kəndimizin üzərinə səpələmişdi.
Kəndimiz çox gözəldir, sanki, bir az da gözəlləşmişdi. Təmiz havası, mehriban insanları,ədəb-ərkanlı gəncləri vardı kəndimizin.Səhər açılan kimi hammı işə tələsir, hammı iş-güclə məşqul olur. Sentyabr ayı olduğu üçün məktəbliləridə pambıq yığımına buraxıblar.Rayonumuz Respublikamızda pambıqçılıq sahəsində ən yüksək sırada yer almış, gözəl nəticələr əldə etmişdi.
“Hamı bir nəfər kimi pambıq toplanışına” şüarı böyük müvəffəqiyyətlərlə davam edirdi.
Bizim kəndimiz səkkiz illik məktəb olduğu üçün biz qonşu kənddə orta məktəbdə təhsilimizi davam etdirirdik.Elə həmin qonşu kənddə də pamıb toplanışında iştirak edirik.
Qonşu kənddən maşın gəlib biz məktəbliləri səhər aparır pambıq tarlasına, axşamda topladığımız pambıq kənd birqadirləri tərəfindən çəkilir, təhvil verilir sonra maşın yenidən bizi kəndimizə gətirir.
Bizim kəndimizlə orta təhsil aldığımız kənd arasında bir kənddə var.
Biz məktəbə cəmi bir həftə idi gedirdik ki, pambıq toplamağa buraxılmışıq.
Hələ sinif yoldaşlarımızı tam tanımamışıq. Kəndimizdən qonşu kəndə gedən uşaqlar çox olmurdu.Kimi sənədlərini texniki-peşə məktəblərinə, kimi elə səkkiz illik təhsillə texnikumlara verirdi.Ali təhsil almaq istəyənlər bir neçə nəfər qonşu kəndə qışın soyuğunda, yayın istisində bəzən piyada, bəzəndə kənd və rayon arası işləyən avtobusla gedirdik.Bəzən bizi avtobus sürücüləri saxlayıb götürməzdı,məktəbliyk axı, birdən pul verməzlər deyə!
Amma biz hər dəfə iyirmi qəpik verib, təşəkkür edib,məktəb yolunda düşərdik.Hələ məktəb yolundan da məktəbə qədər xeyli yolu piyada qət edərdik.
Beləcə məktəblə, sinif yoldaşlarımızla tam tanış olmadan pambıq yığımındaydıq.Bizim kənddən olan uşaqlar qərib kimi özümüzü hiss edərik, ona görə də qonşu kənd uşaqlarına isinişməyimiz çox çəkərdi.
Yenə bir səhər pambıq sahəsindəyik, pambıq toplayırıq. Bir cavan, çox da gözəl qadın bizə yaxınlaşdı.
Sizsiz qonşu kənddən olan şagirdlər?
Firuzə, bizim dilli-dilavər dostumuz dilləndi, bəli bizik xala.Nəyə görə soruşursuz?
Qadın, hə mənimdə oğlum sizinlə oxuyur.
Firuzə, eləmi?
Qadın, hə.
Kimdir, oğlunuz?
Sadıq.
Baxışov Sadıq?
Hə qızım.
Aaaaa nə gözəl,tanış olmağımıza çox şad olduq, elə deyilmi qiızlar?
Bizdə əlbətdə, şad olduq.
Bu gülərüz, mehriban qadınla tanış olduq, evini bizə göstərdi:
Nəyə ehtiyacınız olsa, öz eviniz bilin, gəlin.
Təşəkkür etdik.
Sadiq nə gözəl ananız var?
Hə, sağ olun!
Anam həm gözəldir, həmdə çox mehribandır.
Yəqin tanış olduz?
Tanış olduq, xeyli də söhbətləşdik Firuzə dilləndi.
Üç gün sonra Sadiq pabığa gəlmədi,uşaqlar sinif rəhbərimizə müəllim, Sadiqin anası bu axşam ölüb, dedilər.
Elə bil dünya başımıza yıxıldı.Hələ iki gün öncə bizimlə idi, du gün yoxdu…Yazıq Sadiq və qardaşları, balaca bacısı…yetim qaldılar.
***
Sadiqi o, gün tanıdım, çox da yazığım gəldi.
Sən demə Sadıqin rəhmətlik anası ölmədən Sadiqə məni bəyəndiyini söyləyib.
Mən çox istərdim Ayşən mənim gəlinim olsun!
Sadiq də ana hələ dünən bir, bu gün iki nə tez qərar verirsən?
Biz hələ Ali məktəb oxuyacağıq?
Hə, elə orda dedim qızlara ki, Sadiqi həkim oxudacam.
Sonralar Sadiq bunları mənə söylədi.
Ayşən anamın arzusu və mənim də sənə olan sevdam.
Mən səni sevirəm.
Dedim, biz hələ doqquzuncu sinifdə oxuyuruq.
Nə olsun?
Olmaz dedim!
Başqa oğlanlarında məndən xoşları gəlirdi.
Bir dəfə o, kəndlə bizim kənd oğlanlarının davası düşmüşdü.
Bizim kəndimizin oğlanlar beş-altı nəfər idi.Amma o, kəndin oğlanları çox.
Əlbətdə bu dava elə böyük deyildi.Bizim kəndimizin oğlanlarına, özlərini göstərmək ki, biz beləyik.
Məktəb direktoru bu xəbəri eşidib, həmin dava edən uşaqları remenlə elə uşaqların gözü qarşısında möhkəm döydü.
Bir də belə olacaq?
Nammısı birdən olmayacaq müəllim!
Sadiq bu davada iştirak etmirdi.
Biz onuncu sinifə keçmişdik.
Kanikul idi.
Sadiq başqa sinif yoldaşlarımızla bizim kəndimizə gəlmişdi.
Təsadüf qarşılaşdıq, çünki bizim evimizin dəmir darvazası yola açılırdı.
Yolda qarşılaşdıq, Axı sinif yoldaşlarımdı, hər üçü də?
Salam verdilər, salam dedim.
Sinif yoldaşımız Şahinin bacısı bizim kənddə ərdədir.
Onlara gəliblər.
Hə bu xəbər, xalan oğlunu qıcıqlandırıb, Ayşəm niyə onlara Salam verib?
Xalamda ay oğul, siz bir yerdə, bir sinifdə oxumursuz?
Burda nə var?
Salam verməsin, ana!
Xalam da anama söyləmişdir.
O, gündən xalam oğlunu danışdırmadım, hələ da danışmırıq.
Axı mənim nə günahım?
Mən çağırmamışam ki, onları.
Məktəbdə
tez-tez əmisi qızından mənə sözlər göndərərdi Sadiq.
Onlar əmi oğlu, əmi qızı bir oxuyurdular bizimlə.
Sevgimiz beləcə başlamışdı Sadıqlə.
Orta məktəbi bitirdikdən sonra yollarımız ayrıldı.
Mən Ali məktəbə qəbul olmuşdum, eşitdim ki, Sadiq də rayonumuzda Kənd Təsərrüfatı texnikumuna qəbul olub.
Beləcə yollarımız tamamilə ayrıldı.Amma mən onu unutmamışdım.
ardı var.
MUASİRMEDİA.AZ
MÜƏLLİF ALMAZ