S E V G İ. A H I Povest. 2.bölüm.

ƏDƏBİYYAT
S E V G İ. A H I
Povest.
2.bölüm.

İllər keçmişdi mən Ali məktəbi bitirib, Nazirlikdə işləyirdim.
Ezamiyyətə rayonumuza gəldim.Putyonka ilə başqa ölkəyə də gedə bilərdim.Amma öz rayonuma və doğma kəndimə çox bağlı
ldim. Kəndimizə gəlmişdim.Bir neçə ay öncə də atamı itirmişdim.Anamın yanında olmaq, bacılarımla bir arada olmağı istədim.Hər kəndə gəlişimdə qohumlarım məni görməyə gəlirdilər, qonaq da aparırdılar.
Bu məni heç də yekəxana olmağıma səbəb ola bilməzdi.Mən çox qohumlarına doğmalarına bağlı insanam, yalnız buna görə hörməti qazanmışdım.
Evimizdə ikinci övlad idim.
Amma anam və bacılarım məni hələ gəncliyimdən bu günə kimi bir böyük kimi seviblər, hər bir işdə mənimlə məsləhətləşiblər.
Çünki, bu hörməti qazanmışdım.Arada böyük bacım ailəli olsa da mənə olan böyük sevgiyə qısqanclıq edirdi.
Bacım da çox kəndimizdə hörmət qazanmışdı, işlərində dövlət tərəfindən orden-medallarla təltif olunmuşdu.
O, məndən də hörmətli idi.
Bizim zamanımızda kəndlərdə kolxozlar, sovxozlar vardı.
Bacım kolxozumuzda sürücü-mexanik işləmişdir.”Pambıq ustasi” kimi fəxri adı var idi.Respublikamızın Mərkəzi Komtəsinin plenumlarında, konfranslarında iştirak etmişdir.O,zaman Mərkəzi Komitənin Birinci katib Heydər Əliyevin çıxışlarını, tövsiyyələrini canlı-canlı dinləmişdir, Plenumlarda çıxışlar etmişdir.
Dövlətimiz tərəfindən mükafatlandırılmışdır.
Sonra ailə həyatı qurmuş rayon mərkəzinə köçmüşdü.
Şəhərdə də müxtəlif məsul vəzifələrdə işləmişdir.
Amma bir dəfə də olsun, Bakıdan Plenum və Konfranslarda evə qayıdanda balaca bacılarıma, ata-anama bir dənə olsun hədiyyə almazdı.Özünün də pulu olurdu.
Bir az soyuq idi.Ona görə də tamam fərqli idi.
Qohumluq da, dostluqda da soyuq qanlı idi.
Onun tanınmış dostlarına mən məktub yazardım,onun çıxışlarını mən yazıb hazırlayırdım.
Ona və ailəsinə, uşaqlarına mən hədiyyə alardım.Bacım hədiyyə almağı daha çox sevərdi.
Çox təmizkar, çox qoçaq idi, yalnız ailəsini sevirdi.
Hərdən mənə deyərdi, qardaşıma aldığın saroçkadan yeznənə də al.
Hələ mən tələbəykən!
Deyə bilmirdim ki, ay bacı axı mən tələbəyəm?
Ata-anama da çox qıymıram, boğazlarından kəsib mənə pul versinlər.
Dərslərimi oxuya-oxuya tələbə yoldaşlarıma paltar tikirəm, aldığım stipendiyamla anama bacılarına, qardaşıma gücüm çatan hədiyyə alıram, evə əli boş gəlməyim deyə.
Axı mən kirayədə qalıram.
Sən də işləyirsən, yoldaşında pulunuz da var, özünüzə qismət!
***
Hə deyirdim axı kəndimizə gəlmişdim.
Əmim qızının toyu idi.
Qismətə bax!
Əmim qızı Sadiqın dayısı oğlu ilə evlənir.
Qız evi kimi toy mağarında gəlinin yanında əyləşmışdim.
“Vağzalı” havası ilə gəlini rəqsə dəvət elədilər, Sadiqin atası və ögey anası.
Sadiqi gördüm, gəlinin başına pul səpirdi.Dedilər evlənib bir anasız qız alıblar ona.Özü sevməyib.
Əli pulla oynayır, qızıl alqı-satqısı ilə məşqul olur.
Çox dəbli geyinmişdi.
Aliləsidə gözlə qadındır. İki yaşında oğulları var.
Gəlinin üzəri qızılla bəzənmiz, balaca oğlunun belə boynunda qızıl sep, biləyindən biləkliyi var.
Çox sevindım, Sadiq anasız idi. Bu gün xoşbəxtdir.
Allah xoşbəxt eləsin!
Bilmirəm o, məni gördümü?
Görsə də nə olacaq ki, bir məktəb yoldaşı kimi görüşəcəkdik.
Amma məni görmürdü bəlkə də görməzdən gəlirdi.
Qardaşım musiqiçilərə pul verib, mahnı çatdırdı məni rəqsə dəvət elədi.
Qardaş, baçı çox gözəl oynadıq, hamı əl çalırdı, arxada səslərdə gəlirdi, ay maşallah!
Rəqsimizdən sonra bir bəhanə ilə evimizə gəldim.
Çünki, onun baxışlarının altında çox qala bilməzdim.
Bəlkə də öyrənmişdi, mən də Bakıda Nazirlikdə işləyirəm və həmin Nazirlikdə böyük nüfuzum var!
Əgər görüşsəydik, deyərdim -axı nədən?
Mənə olan sevgin hanı?
Ailə də qurmusan!
Axı mənim sevgimin, mənim özümün nə günahım var?
Biz belə görüşməməliydik!
Ayşən bir neçə gün özünə gələ bilmədi.
Öz-özünə bir bayatı ilə dərdini anlatdı:
Əzizim yada məni,
Salırmı yada məni?
Gördüm ağlım itirdim.
Yar dəy(i)şib yada məni.
Kənddə çox qalmayacağını axşam söyləyib, səhəri Ayşən Bakıya işinə qayıtdı.
Anası, bacıları bir az da qal, desələrdə kənddə qala bilməzdi.
İş yerində iş yoldaşları onun xatirini çox istəyirdilər, özü qazanmışdı bu hörməti öz səmimiyyəti, sadəliyi və hörmətiylə.
Ayşən Azərbaycanın bütün kənd rayonlarına və Bakı şəhər rayonlarına göndərilən malların hesabatını aparırdı.
Kənd rayonların təşkilat rəhbərlərini səhər saat 9-dan günorta saat 13.00 kimi, şəhər rayonlarını isə saat 14.00- dan saat 17.00-qədər.
Heç kim Ayşəndən inciməzdi, çünki onları sayğı ilə qarşılandı və bütün işləməsini həll edib yola salardı.
Beləcə illər keçirdi, Ayşənin yaşı irəliləyirdi.
Ana-bacıları onun ailə qurmasını çox istəyirdilər.
Ayşən heç kimə və heç kimin sevgisinə inanmırdı.
***
Bir gün bir uzaq qohumu Ayşənin iş yerinə gəldi.
Hal- əhvalda sonra Bakıda sistemdə işə düzəldiyini söylədi.
Polis şöbəsində( MİLİS
idarəsində)
işləyirəm.
Eşitdim səndə Nazirlikdə işləyirsən, gəldim görüşək.
Ayşən çox yaxşı, xoş gəldin.
Sən harda qalırsan Ayşən?
Müvəqqəti xalam gildə, onda xalana zəng elə, birlikdə bir çay içək,
Əgər istəsən?
Yox, başqa vaxt,
ardı var.
1 kişi, gülümsüyor ve mücevher görseli olabilir

MUASİRMEDİA.AZ
MÜƏLLİF:ALMAZ ALIQIZI ALLAHVERDİYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir