Xalamın əri sözbaz adamdır.
Niyyə kirayə ev tutmursan?
Nə bilim, anam razı deyil.
Deyir yad şəhər, yad adamlar.Xalanın evi etibarlıdır,xala ana əvəzidir.
Ayşən uzaq qohumları Mehdi ilə iş yerində piyada gəldi, əslində yol elə də uzaq deyildi.
Binaya çatanda Ayşən mən gəlib çatdım dedi.
Mehdi hə?- lap yaxşı.
Onda bir vaxt oturarıq?
Ayşən könülsüz baxarıq dedi:
Mehdi xudafis deyə, əl uzatdı,
Ayşən sağ ol, əl vermədən bina həyətinə keçdi.
Mehdini görməyinə heç də sevinmədi.
Axşam Ayşən xala bir qohumumuz burda işə düzəlib, gəlmişdi mənim iş yerimə, görüşdük.
Mənidə sizin binaya qədər yola saldı.
Əslində Ayşən xalası ərinin sonralar onları görüb söz-söhbət yaranmasından çəkinirdi.Çünki, evdə heç kim olmayanda xalasını danlayırmış, bu qız bizdə nə vaxtacan qalacaq?- deyə.
Bizim də evimizdə ərgən oğlumuz var!
Xalam da nə olsun?
Aralarında nəsə olsa?
Mən Ayşənin qeyrətinə, namusuna arxayınam.
Birdə yad alınca, özümüzündü, tər-təmiz niyyə almayaq oğlumuza?
Olmaz!
Mən öz qardaşım qızı Nəzakəti alacam, Rasimə.
Hə, belə de.
Demək Rasimdən xəbərsiz işlər qaynadırsan?
Bütün bu söz-söhbəti Ayşən çox sonralar öyrəndi.
Rasim Ali məktəbi bitirib, bir illik əsgər getməyə çağırış almışdı.
Həmin gün hammı tezdən oyanmışdı, təkcə balaca bacısı Sevil yatmışdı.
Anası Sevil qardaşın gedir, oyan görüş də qızım.
Sevil, ana bu gün getməyəcək, qataracaqlar vaxt qoyacaqlar.
Əslində Sevil düşünən kimi olmadı, Rasim Binəyə apardılar və bildirdilər ki, axşam saat 12.00- da Macarstana aparacaqlar.
Sevil bu xəbəri eşidib çox ağlamışdı.
Ayşən işdən gələndə də Sevili gözü yaşlı görüb, soruşdu:
Niyyə ağlamısan?
Mən elə bildim Rasimi gedən kimi aparmazlar, amma bu axşam Macarıstan aparacaqlar.
Hə bilirəm.
Mən görüşmədim qardaşımla.
Ayşən mən taksi çağırıram gedərik, görüşərsən.
Doğrudan?
Doğrudan!
Ayşən Sevili götürüb dayanacağa gəlmişdi ki, yolda Mehdi ilə qarşılaşdılar.
Mehdi bəlkə də Ayşənin arxasınca gəlmişdi?
Amma əhvalını pozmadan elə burdan keçirdim, sizinlə qarşılaşdım.
Bu gözəl qız kimdir?
Xalamın balaca qızıdır, adı Sevil.
Tanış olun.
Salam Sevil:- deyə Mehdi özünü təqdim etdi.Adım Mehdidir, biz qohumuq.
Sevil Hə, lap yaxşı əl verib görüşdü.
Hara gedirsiz?
Mən dedim:
Xalam oğlu bu səhər əsgər gedib, Sevillə görüşməyiblər.
Sevildə ağlayır, gedirik aeoporta Binəyə.
Axşam uçacaqlar Macarstana.
İcazə versəniz məndə gedərəm?
Yox demək istəyirdim ki, Sevil Hə de, tək getməyək deyə məni dürtmələdi.
Olar söylədim.
Mehdi bir taksi saxlantdı.
Arxa qapını açıb, bizə buyurun dedi.
Biz oturduqdan sonra qapını örtdü.Özü isə öndə sürücünün yanında əyləşdi.
Binəyə sürün, zəhmət olmasa.
Mehdinin belə ədəbi çox xoşuma gəldi.
Rasimlə Sevil görüşdülər.
Amma icazə vermədikləri üçün reşotkanın o, üzündə əl verdilər.
Mən də necəsən Rasim? dedim:
Rasim Mehdi ilə də görüşdü.
Bir-birlərini tanıdıqlarını söylədi.
Bir saat qədər söhbətləşdik.
Axırda Rasimi bir əsgər çağırdı, vaxtdır!
Rasim mənə Ayşən səni bir dəqiqə olar?
Dedim, olar.
Əlimi aramızdakı reşotkadan tutmuşdum, əlini əlimin üstünə qoydu, sanki, bədənimə cərəyan keçdi.
Ürəyim bulanan kimi oldu,
Qəlbim çırpınmağa başladı.
Aylardır bir evdə qalırıq, hərdən gəlib məni işdən gətirir, heç belə olmamışdım.
İndi nə oldu mən?
Heç kimə bildirməməyə çalışdım.
Rasim qulağıma doğru əyilərək,
məni gözlə, dedi.
Evə qayıtdıq, Mehdi taksi ilə öz qaldığı evə getdi.
O, gecə yata bilmədim.
ardı var.

MUASİRMEDİA.AZ
Müəllif: Almaz Alıqızı Allahverdiyeva
Müəllif: Almaz Alıqızı Allahverdiyeva