Aktrisa Çimnaz Sultanova vəfat edib.
Onun müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilir.
Mərhum sabah dəfn ediləcək.
Qeyd edək ki, bu gün Çimnaz Sultanovanın doğum günü idi.
Aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib
O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
MUASIRMEDIA.AZ