Adnan Əhmədzadə bölgə klubunu himayəsinə götürür

İdman

Adnan Əhmədzadə bölgə klubunu himayəsinə götürür – Sabah müqavilə bağlanır.

Birinci liqada yarışan “Mingeçevir” klubu tərəfdaşlıq müqaviləsi imzalayacaq. İmzalanma mərasimi sabah Bakıda keçiriləcək.  müqaviləni İmzalayacaq tərəflər “Mingəçevir” klubu ilə ASTA-dır (Azerbaijan Sport Talents Academy).

Uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılan bu akademiya iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdur.

Əlavə edək ki, sabahkı tədbirin təşkilatçıları sırasında Futbolun İnkişafı Fondu da var.

Bir müddətdir mediada bildirilir ki, A.Əhmədzadə “Mingəçevir” klubuna sponsor olmaq istəyir və bu məqsədlə AFFA-ya müraciət edib.

Onu da qeyd edək ki, bir müddət əvvəl ASTA-nın maliyyə dəstəyi ilə Azərbaycanın 15 yeniyetmə futbolçusunun Barselonaya yollanaraq 4 il ərzində “Marcet” akademiyasında təlim keçəcəyinə dair xəbərlər yayılmışdı.

Əhmədzadə futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər etmişdi.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutub. Bu qurumda investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinədək yüksəlib. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir